Səudiyyə Fransadan aldığı silahlarla mülki əhalini qırır – İDDİA

Fransa istehsalı silahlar Yəmən vətəndaşlarına qarşı istifadə edilib.
Fransa parlamentində prezident Makronun partiya yoldaşı Fransanın Səudiyyə Ərəbistanına silah satıb satmadığını araşdırılmasını tələb edib.
Din.az xarici mediaya istinadən xəbər verir ki, Makronla eyni partiyadan olan Sebastiyan Nadot, Reutersə verdiyi açıqlamada Səudiyyə Ərəbistanın Yəmənə qarşı apardığı müharibə zamanı Fransa istehsalı silahların Yəmən vətəndaşlarına qarşı istifadə edildiyini, bu səbəbdən də Paris rəhbərliyinin beynəlxalq öhdəliklərinə riayət etmədiyini bilmək istədiyini qeyd edib.