Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə hökuməti bu ölkənin zəvvarlarına maneə yaradır

Ümrə və Həcc ziyarətinin həyata keçirilməsinə əngəl yaradılır.

Səudiyyə Ərəbistanı hökuməti qətərli zəvvarların Ümrə və Həcc ziyarəti həyata keçirməsinə əngəl törədir.

Din.az bildirir ki, bu barədə Qətər Cəmiyyətlər və İslami İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Qətərin paytaxtı Dohadan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedən yol bağlanılıb.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi isə qətərlilərin Ümrə ziyarəti üçün Qətər Hava Yollarından başqa bir hava yolu şirkətinin uçuşlarını qəbul edəcəyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir rəhbərliklərinin 5 iyun 2017-ci ildə Qətərlə bütün diplomatik əlaqələri kəsmələri Körfəz regionunda böhrana yol açıb.(Qafqazinfo)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...