Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə kralı istefa verməyəcək

“Krallar sağlamlıqlarının ən ağır dönəmlərində belə hakimiyyətdən getməyiblər”.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz hakimiyyətdən getməyəcək.

Din.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti adının çəkilməsini istəməyən səudiyyəli vəzifəli şəxslərdən birinə istinadən yayıb.

“Krallar sağlamlıqlarının ən ağır dönəmlərində belə hakimiyyətdən getməyiblər. Salman bin Əbdüləziz sağlığına görə kral Fəhddən daha yaxşı vəziyyətdədir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Qərb mətbuatı Məhəmməd bin Salmanın yaxın zamanlarda atasının yerinə hakimiyyətə gələcəyi haqqında informasiya yaymışdı.

Səudiyyə Ərəbistanı tarixində hakimiyyətdən həyatda ikən imtina edən yeganə kral Səud bin Əbdüləziz əl Səud olub. O, 1964-cü ildə ailəsinin təzyiqi ilə vəliəhd şahzadə Faysal bin Əbdüləziz əl Səudun xeyrinə taxtdan geri çəkilmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...