Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə kralı Mərakeş kralına: İrana qarşı birləşməliyik!

Ötən gün bəlli oldu ki, Mərakeş İranla olan münasibətlərinə xitam verdi.

Səudiyyə Ərəbistanı kralı Mərakeş kralı ilə telefon danışığı keçirib.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanının kralı Salman öz həkmarını – Mərakeş kralı VI Muhəmmədi 2 ölkə səylərini “təcavüzkar İran rejiminin hərəkətlərinə” qarşı mübarizədə birləşdirməyə səsləyib.

Kral Salman bu haqda Mərakeş kralı ilə keçirdiyi telefon danışığı zamanı bəyan edib.

Xatırladaq ki, ötən gün bəlli oldu ki, Mərakeş İranla olan münasibətlərinə xitam verdi. Mərakeş bu addımını Livanın “Hizbullah” hərəkatının “Polisario Cəbhəsi”nə (adıçəkilən təşkilat Qərbi Səhranın Mərakeşdən ayrılmasını istəyir) dəstək verməsi ilə izah edib. İran isə bu ittihamları təkzib edib.

Səudiyyə Ərəbistanı isə İranı region dövlətlərinin işlərinə qarışmaqda ittiham edir və İrana qarşı mübarizə aparmağa, həmçinin anti-İran sanksiyaları siyahısının genişləndirilməsinə dair çağırışlar edir. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...