Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə kralı PUA insidenti zamanı sarayda olmayıb

Nümayəndə: “Kral Diriyada öz fermasında olub”.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud onun saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurularkən sarayda olmayıb.

Din.az bildirir ki, bunu “Reuters” agentliyinə Səudiyyə Ərəbistanı krallığının yüksək vəzifəli nümayəndəsi bildirib.

Nümayəndə deyib: “Kral Diriyada öz fermasında olub”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadın Əl-Hazama rayonunda kralın saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurublar. İnsident nəticəsində xəsarət alan olmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...