Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə kralı Trampı tənqid etdi – SƏBƏBİ

Səudiyyə Ərəbistanı kralı: “Şərqi Qüds Fələstinin paytaxtıdır”. 

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərarına görə Amerika prezidenti Donald Trampı tənqid edib.

Din.az xəbər verir ki, o bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) zirvə toplantısındakı salamlama nitqində deyib.

 

Sammit bu gün Suriyadakı vəziyyətin gərginləşməsi fonunda Səudiyyənin Dəhran şəhərində keçirilir.

“Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik”, – deyə monarx bildirib.

Səudiyyə kralının sözlərinə görə, “Şərqi Qüds Fələstinin paytaxtıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...