Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə kralı Yəmənə 200 milyon dollar yardım ayırdı

Səudiyyə Ərəbistanı Yəmən xalqına və hökumətinə dəstək oldu.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Yəmənin Mərkəzi Bankına 200 milyon dollar yardım edilməsi ilə bağlı təlimat verib.

Din.az xəbər verir ki, bu barədə Səudiyyənin rəsmi xəbər agentliyi olan SPA məlumat yayıb.

Bu addımın Yəmən xalqına və hökumətinə dəstək olmaq, ölkənin milli pul vahidini gücləndirmək və iqtisadi sabitliyi təmin etmək üçün atıldığı qeyd edilib.

Qeyd edək ki, daxili savaşın davam etdiyi Yəməndə dünən milli pul vahidi olan riyalın dollar qarşısında kəskin ucuzlaşıb. Belə ki, ölkə tarixində ilk dəfə olaraq sərbəst bazarda 1 dollar 760 Yəmən riyalına bərabər olub. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...