Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə kralından Qaşıqçının övladları ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM

Qaşıqçı ailəsinə yaxın qaynaqlardan mətbuata informasiya sızdırılıb.

İstanbulda qətlə yetirilən Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçının ailəsinə maddi yardım edilib.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanı jurnalistin övladlarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün xəzinəsinin ağzını açıb.

Belə ki, Qaşıqçının övladlarına paytaxt Ər-Riyadda yerləşən 4 milyon dollarlıq evlər hədiyyə olunub. Bundan başqa, onların hər birinə aylıq ödənəcək məbləğ ayrılıb. Bu məbləğin beşrəqəmli olduğu iddia olunur. Ayrılan məbləğin miqdarına cinayət işi yekunlaşdıqdan sonra aydınlıq gələcək.

“Vaşinqton Post”un xəbərinə görə, bu barədə Qaşıqçı ailəsinə yaxın qaynaqlardan mətbuata informasiya sızdırılıb.

Pul vəsaiti və evlərin təhvil verilməsinin Səudiyyə kralı Salman ibn Əbdüləziz tərəfindən təsdiqlənib imzalandığı deyilir. Kralın bu comərd davranışı “yanlışları düzəltmək” və “ədalətsizliyə son qoymaq” kimi dəyərləndirilib. Lakin yuxarı dairələrdən məsələ ilə bağlı açıqlama verənlər belə maddi dəstəyin cinayət və ya təbii fəlakət qurbanı olan hər kəsə verildiyini bildirir. Başqa bir versiyaya görə isə kral bu addımı Qaşıqçının övladlarını məhkəmədə susdurmaq üçün atıb.

Kral Salmanın cinayətdən sonra zərər görən imicini bərpa etməsi məsələsi uzun müddətdir ki, gündəmdədir. Həttta cinayət əmrini verdiyi iddia olunan oğlu Məhəməd ibn Salmanın belə səlahiyyətlərini məhdudlaşdırıb.

Qeyd edək ki, Camal Qaşıqçının 2 qızı, 2 oğlu var. Təkcə oğlanlardan biri Salah Qaşıqçı Səudiyyə Ərəbistanında yaşayır. Digərləri hazırda Amerikadadır.

Xatırladaq ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğunda vəhşicəsinə qətlə yetirilmişdi. /Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...