Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə kralının qızı həbs ediləcək – Xadiməni döyərək ayağını öpdürüb – FOTO

Kralın qızı xidmətçini döydürdü.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudun qızı barədə həbs qərarı verilib.

Din.az xəbər verir ki, Kralın qızı Hassa Parisdə yaşadığı lüks evində xidmətçini döydürüb.

İddiaya görə, Hassa mühafizəçilərinə yataq otağının fotosunu çəkən xadimənin döyülməsi əmrini verib. Onun tapşırığı ilə adı açıqlanmayan şəxs mühafiçilər tərəfindən döyülüb. Daha sonra onun əlləri bağlanaraq kralın qızının ayağını öpməyə məcbur edilib.

Məlum hadisədən polisə şikayət edilib. Polis mühafizəçiləri soğru-sual etdikdən sonra sərbəst buraxıb, Hassanın barəsində isə həbs qərarı çıxarılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...