Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə kralının qızına Fransada həbs şoku

Hassa bin Salman barədə həbs qərarı çıxarıldı.

Fransa məhkəməsi Səudiyyə Kralı Salman bin Əbdüləziz əs-Səudun qızı Hassa bin Salman barədə həbs qərarı çıxarıb.

Din.az xəbər verir ki, Kralın qızı Parisdəki lüks villasında işləyən santexniki mühafizəçisinə döydürərək ayağından öpməyə məcbur edib.

Əşrəf Eyd adlı işçinin əllərini bağlayaraq çoxsaylı zərbələr endirən cangüdən Səidi Rani haqda 6 ay şərti həbs və 5 min avro pul cəzası kəsilsə də qərarın icrasından yayınıb.

Kralın qızı fransız vəkili vasitəsilə ittihamı rədd edib. Barəsində beynəlxalq həbs qərarı olan Hassa bin Salman Fransadakı məhkəmə prosesinə qatılmayıb. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...