Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə planı baş tutmadı – ABŞ və İsrailin VARİANTLARI

“İranın regionda həyata keçirdiyi siyasətə heç nə təsir etməyəcək”.

“ABŞ və İsrailin İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlaması İranın regionda həyata keçirdiyi siyasətə heç vaxt təsir etməyəcək”.
Din.az xəbər verir ki, bunu Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Aleksey Podberyozkin “RİA-Novosti” agentliyinə açıqlamasında deyib.
Daha əvvəl İsrailin “Channel 10 News” telekanalının yaydığı xəbərə görə, ABŞ və İsrail İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlayıb. Tərəflərin cari ilin dekabrın 12-də Vaşinqtonda razılığa gəldiyi bildirilir. Xəbərə görə, razılaşmanın əsas hədəfi İranın raket-nüvə proqramının reallaşmasının və Tehranın regionda aktivləşməsinin qarşısını almaqdır.
Razılaşmaya əsasən, 4 işçi qrup yaradılıb.
Birinci qrupun vəzifəsi Suriyada İran və Livanın “Hizbullah” təşkilatı ilə əlaqələrinin qarşısını almaqdır. İkinci qrup İranın nüvə silahı əldə etməsinə maneə yaradan məxfi əməliyyatlar keçirəcək. Üçüncü qrup İran raket proqramının həyata keçirilməsinə maneələr yaradacaq. Sonuncu qrup isə regionda İranın aktivləşməsinə və “Hizbullah”la əlaqələrinə maneələr yaradılması üçün işləyəcək.
“Bu razılaşma İrana heç vaxt təsir etməyəcək. İran regionda öz liderliyi mövzusunda prinsipial və ardıcıl mövqe tutur. Və iranlılar çox yaxşı anlayırlar ki, onların liderliyi İsrailin təhlükəsizlik maraqları ilə toqquşur”, – Podberyozkin deyib.
Podberyozkinin sözlərinə görə, ABŞ və İsrail arasında bütün istiqamətlər üzrə belə konsultasiyalar bundan sonra da qaçılmaz olacaq.
“İran regional, bundan başqa, Avrasiyada liderliyə iddia edir. Çox geniş hədəflər ABŞ-ın maraqlarını hədələyə bilər. Onların hesab etdiyi kimi, İranın hədəfləri artıq indi İsraili dəqiq hədələyir, çünki İranın dəstəklədiyi qruplaşmalar İsraillə düşmənçilik vəziyyətindədir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı tipli hansısa rejimlərlə İranın qarşısını almaq cəhdləri alınmır: “Səudiyyə Ərəbistanı artıq vəzifələrin öhdəsindən gəlmir. Bunu Yəməndəki hadisələr də göstərdi”.
Ekspert qeyd edib ki, hazırda nə ABŞ, nə də İsrail İranla razılaşmağa hazır deyil.
“Qalır, onunla birbaşa mübarizə aparmaq”, – o yekunlaşdırıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...