Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə qadınları haqqında yeni qərar – Marafonda işirak edə biləcəklər

Yarışlar bu ilin aprel ayında Məkkədə qapalı məkanda keçiriləcək.

Səudiyyə Ərəbistanı hökuməti krallığın tarixində qadınlar üçün ilk dəfə marafon yarışı keçirilməsinə izn verib.

Din.az xəbər verir ki, yarış bu ilin aprel ayında Məkkədə qapalı məkanda keçiriləcək. Yarışda iştirak etmək üçün 18 yaşdan yuxarı qadınlar müraciət edə bilər.

Bu yarış eksperiment səciyyə daşıyır. Qadınların əsas milli marafonunun gələn il açıq səma altında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, vəliəhd Salman bin Məhəmməd “mülayim islam”a keçidlə bağlı Ərəbistanda qadınlara hüquqlar verməyə başlayıb. Bu sırada onların maşın sürməsinə və futbol çeydançalarına girmələrinə icazə xüsusi ilə diqqət çəkib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...