Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə qadınları ilə bağlı yeni qərar

Səudiyyə Ərəbistanında ilk qadın stüardessalar …

Şirkət iki il müddətində 300-ə yaxın stüradessa hazırlamağı planlayır.
Səudiyyə Ərəbistanında ilk qadın stüardessalar yanvardan işə başlayacaq.

Din.az xəbər verir ki, ilk qadın stürardessalar Flynas hava yollarında çalışacaq.

Şirkətdən verilən açıqlamaya görə, ilk qadın stüradessa qrupu hazırlıq kurslarını bitirib və işə başlayacaqlar. Şirkət iki il müddətində 300 -ə yaxın stüradessa hazırlamağı planlayır.

Açıqlamaya görə, stüardessaların geyimləri milli adət-ənənələrə uyğun olacaq. Onlar orta təhsili bitirmiş olmalı, ingilis dilini bilməli və boyları beynəlxalq aviasiya standartlarına uyğun olmalıdır.

Xatırladaq ki, keçən il ilk dəfə Səudiyyə Ərəbistanında qadınlara sürücülük şəhadətnaməsi almaq üçün təhsil almağa və taksi sürücüsü kimi işləməyə icazə verilib. Bu addım şahzadə Məhəmməd bin Salman Əl Səudun sosial-iqtisadi dəyişikliklər çərçivəsində reallaşıb. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...