Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə qadınları səhrada maşın sürüb əyləndi – FOTOLAR

Ərəb qadınları at və səhra maşınları sürərək əyləndilər.

Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda qadınlar at və səhra maşınları sürərək əyləniblər.

Din.az xəbər verir ki, mülayim islam layihəsi ilə bir çox yeniliyə imza atan Səudiyyə Ərəbistanı qadınlarla bağlı qadağalarla yumşalmağa başlayıb.

İlk olaraq qadınların avtomobil sürmə qadağasının aradan qaldırılmasından sonra Səudiyyədə inkişafa doğru yeniliklər davam edir.

Belə ki, paytaxt Riyadın qərbində bir qrup qadın at və səhra maşınları olan ATV sürərək əyləncəli anlar keçiriblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi Şahzadə Muhamməd bin Selman ölkəsinin “radikal düşüncələri dərhal yox edərək mülayim İslama” qayıdacaqlarını söyləyib.

Bundan başqa Səudiyyə Ərəbistanında son zamanlar bir çox qərarlar verilmiş və oktyabrın 3-də ilk dəfə dövlətə aid mədəniyyət kanalında konsertlər yayımlanmağa başlanıb.

Səudiyyə Ərəbistanı kralı Selman bin Abdüləzizin isə 26 sentyabrda imzaladığı qərarla ölkədə qadınların avtomobil sürməsi ilə bağlı qadağanı da qaldırılıb. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...