Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Qətəri adaya çevirir – Tender başlayır

Qətəri adaya çevirəcək kanal inşası edilir.

Səudiyyə Ərəbistanı hökuməti Qətəri adaya çevirəcək kanalın inşası üçün iyunun 25-də tender elan edəcək.

Din.az xəbər verir ki, tenderə 5 beynəlxalq şirkətin maraq göstərdiyi deyilib. Belə ki, tenderi qazanacaq şirkətlər 3 ay ərzində elan ediləcək və dərhal tikintiyə başlanılacaq.

Planın həyata keçirilməsi üçün 1 il vaxt veriləcək. Qətərlə Səudiyyə sərhədi boyunca uzanacaq su kanalının uzunluğu 60 km, eni 200 metr, dərinliyi isə 15-20 metr olacaq.

Layihənin ümumi dəyəri təxminən 746 milyon dollar həcmində olacaq.

Bildirilir ki, kanal Qətər sərhədinə 1-5 km məsafədə inşa ediləcək və arada qalan ərazi Səudiyyə Ərəbistanının sərhəd qoruyucuları və Müdafiə Nazirliyinin ehtiyacları üçün istifadə ediləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...