Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Səudiyyə rəhbərliyi sərbəst buraxdığı şahzadələrdən 106 milyard dollar yığdı

Səudiyyəlilər xərac kəsdi…

Səudiyyə Ərəbistanı hökuməti həbs etdiyi müxalif nazir və şahzadələrdən 106 milyard dollarlıq gəlir əldə etdiyini açıqlayıb.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, 300-dən çox həbs etdiyi nazir və şahzadələrin hamısını azadlığa buraxan Səudiyyə rəhbərliyi mövzu ilə bağlı açıqlama verib.

Verdiyi açıqlamasında Səudiyyə Ərəbistanı həbsdə olan 381 nəfərdən 325-nin sərbəst buraxıldığını, 56 nəfərin isə hələ də nəzarətdə saxlandığını bildirib. Aralarında şahzadə, nazir, yüksək vəzifəli məmur və iş adamlarından ibarət olan şəxslərin azadlığa çıxmaları üçün sərvətlərinin bir hissəsini vermələri ilə bağlı anlaşıldığı açıqlanıb.

Səudiyyənin baş prokuroru Səudi əl Mojeb tərəfindən verilən açıqlamada həbs olunanlardan 106 milyard dollar gəlir əldə edildiyini bildirib.

Səudiyyəlilər xərac kəsdi…

ABŞ ilə əl-ələ verərək müxalifləri korrupsiya adı altında günahlandıraraq keçirdiyi əməliyyatda nəzarətə alınan Səudiyyə, şahzadə, nazir və yüksək vəzifəli adamların qarşısına sərvətlərin böyük hissəsini paylaşaraq sərbəst qala biləcəklərini seçim olaraq qoyulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...