Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə şahzadəsi: “İranla müharibə dünya iqtisadiyyatını məhv edə bilər”

“Dünyanı təhdid edə biləcək gərginliklərə şahid olacağıq”.

“İranla müharibə dünya iqtisadiyyatını məhv edə bilər”.

Din.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud “CBS” telekanalına müsahibəsində deyib.

“İranın qarşısını almaq üçün güclü və qətiyyətli tədbir görülməsə, dünyanı təhdid edə biləcək gərginliklərə şahid olacağıq. Neft tədarükü pozulacaq və neft qiymətləri ağlasığmaz həddə çatacaq”, – deyə Məhəmməd bin Salman deyib.

Səudiyyə şahzadəsi ölkəsi və İran arasındakı müharibənin dünya iqtisadiyyatı üçün fəlakətə səbəb olacağını vurğulayıb: “Region dünyanın enerji tədarükünün 30 faizini, qlobal ticarət dəhlizlərinin 20 faizini, dünyanın Ümumi Daxili Məhsulunun (ÜDM) 4 faizini təşkil edir. Bu, təkcə Səudiyyə Ərəbistanı və ya Yaxın Şərq ölkələrinin deyil, ümumilikdə dünya iqtisadiyyatının tamamilə çökməsi deməkdir”.

O qeyd edib ki, Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə edilən hücumun strateji bir məqsədi olmayıb: “Hücumun yeganə strateji məqsədi onların axmaq olduqlarını göstərmək idi və onlar bunu sübut etdilər”.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...