Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə şahzadəsi XÜSUSİ TƏYİNATLI ORDU yaratdı – FOTOLAR

Kral Salmana bağlı xüsusi ordu kimi fəaliyyətə başlayan briqada…

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman xüsusi təyinatlı ordu yaradıb.

Din.az xəbər verir ki, məlumatı kral ailəsinə yaxın mənbə bildirib.

“Əl-Saif əl-Ajrab” adlı elit hərbçilər birliyi kralın Mühafizə Xidmətinin tərkibində fəaliyyət göstərəcək. Məlumata görə, 2017-ci ilin noyabrında kral ailəsinə bağlı şahzadələrin, nazirlərin, iş adamlarının və başqa rəsmi şəxslərin tutulması əməliyyatını həmin dəstə həyata keçirib.

Kral Salmana bağlı xüsusi ordu kimi fəaliyyətə başlayan briqada adını tarixdəki ikinici Səudiyyə Ərəbistanı dövlətinin qurucusu Türki bin Abdulla bin Məhəmməd əl-Səudun istifadə etdiyi qılıncdan götürüb. Həmin ordunun qılıncında yazılırmış: “Əl-Saif əl-Ajrab” (tərcüməsi təxminən belədir: “Qılıncından keçirilənlərin qanı ilə paslanmış qılınc”).

Yeni briqada xüsusi təlim görmüş 5 min hərbçidən ibarətdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...