Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə şahzadəsinin bu açıqlamasından sonra ölkə qadınları idman zallarına axışdı – FOTOLAR

Ölkə qadınları idman zallarına üz tutdular.

Səudiyyə Ərəbistanı şahzadəsi Muhamməd Bin Salmanın “Mülayim İslam” sözündən sonra ölkədə ard-arda radikal qərarlar qəbul edilib.

Din.az xəbər verir ki, bu vəziyyət ən çox Səudiyyə qadınlarının işinə yarayıb.

Belə ki, cəmiyyətdə qadınların rolunun yüksəldilməsi ilə bağlı açıqlamadan sonra ölkə qadınları idman zallarına axışıb. Səudiyyə Ərəbistanında daha öncə sadəcə kişilərə xidmət gösrətən idman salonlarında artıq qadın əlindən tərpənmək olmur.

Reuters xəbər agentliyi El-Katif şəhərində idman velosipedində formasını qorumağa çalışan və ağırlıq qaldıran qadınları görüntüləyərək bu tarixi anı bütün dünya ilə paylaşıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...