Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə şahzadəsinin müasirlik anlayışı – Ərəb qadınlarının moda həftəsi – FOTO

Moda həftəsinin səhnədəki nümayişçiləri və tamaşaçıları da qadınlar olub.

Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Muhamməd bin Salman qadınlarla bağlı yenilikləri ilə təəccübləndirməkdə davam edir.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanında “Arab Fashion Week” keçirilib.

Moda həftəsinin səhnədəki nümayişçiləri və tamaşaçıları da qadınlar olub. Ancaq qadınların iştirak etdiyi moda nümayişi isə 10-14 aprel tarixində, paytaxt Riyadda yerləşən lüks otellərdən biri “Ritz-Carlton”da gerçəkləşdirilib.

Ən çox qadınların üzərində yenilik edən bin Salman “Mülayim İslam” adı altında dini və mədəni dəyərləri silməyə, unutdurmağa çalışır. Keçirilən dəfilədə ancaq qadınlar iştirak etsə də, şəkillər mediaya təqdim edilib.

Qeyd edək ki, moda həftəsinin keçirildiyi otel ötən il həyata keçirilən antikorrupsiya əməliyyatında saxlanılan nazir, məmur və şahzadələrə ev sahibliyi etmişdi. Lakin bu dəfə otelin qızılla bəzədilmiş dəhlizlərində səudiyyəli dizaynerlər, avropalı model və gözəl geyimli qadınlar gəzərək söhbət edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...