Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Səna şəhərini bombaladı – Ölənlər var

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Sənaya havadan hücumlar edib.

Husi döyüşçüləri Yəmənin Hudeyda liman şəhərini tərk edəndən bir gün sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri paytaxt Sənaya havadan hücumlar edib.

Din.az xəbər verir ki, sakinlərin dediyinə görə, paytaxt Sənaya edilən hava hücumları zamanı biri uşaq olmaqla, azı üç nəfərin öldüyünü bildirib.

Koalisiya qüvvələri havadan hücumları husilərin Səudiyyə Ərəbistanındakı neft qurğularına dron hücumlarının məsuliyyətini öz üzərlərinə götürməsindən sonra edib.

Bu son zarakılıq BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffitsin Təhlükəsizlik Şurasında Husi üsyançılarının çərşənbə günü dislokasiya edildiyini təsdiq etməsindən sonra baş verib.

Husi döyüşçülərinin yerlərinin dəyişdirilməsi Yəmən hökuməti ilə İranın dəstəklədiyi Husi üsyançıları arasında keçən ilin dekabr ayında İsveçrədə əldə edilən razılığa əsasən həyata keçirilməyə başlayıb.

Qriffits Təhlükəsizlik Şurasında üsyançıların yerlərinin dəyişdirilməsi yolunda ilk addımın atılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...