Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə tarixində növbəti yenilik …

Səudiyyə Ərəbistanın paytaxtında ilk əyləncə kompleksi açılacaq.

Ər-Riyadda ilk əyləncə kompleksi açılacaq.

Din.az xəbər verir ki, bu haqda məlumat Səudiyyənin əyləncə layihələri şirkəti tərəfindən yayılıb. Səudiyyə Ərəbistanın paytaxtında Şərq dairəvi yolu üzərində yerləşən ilk əyləncə kompleksinin sahəsi təqribən 100 min kvadratmetrdir. Müasir metodlar əsasında layihələşdirilmiş kompleks müxtəlif əyləncə obyektlərini əhatə edir.

Şirkətin direktorlar şurasının sədri Abdulla bin Nasir əl-Daud bildirib ki, bütün ölkə ərazisində yaradılması nəzərdə tutulan əyləncə kompleksləri müasir dizaynı ilə fərqlənəcək. Burada idman tədbirləri və əyləncə şouları keçirilməsi üçün açıq məkanlar, çoxsaylı restoranlar, kafe, kinoteatr və digər obyektlər olacaq. Direktorlar şurasının sədrinin sözlərinə görə, bu komplekslər asudə vaxtın səmərəli keçirilməsi, idman və incəsənət məşğələləri, müxtəlif mədəni və idman tədbirlərinin keçirilməsi üçün ideal məkana çevriləcək.

Nəzərdə tutulmuşdur ki, əyləncə mərkəzlərində həm ölkə vətəndaşlarına, həm də turistlərə müxtəlif xidmətlər təqdim ediləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...