Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə vəliəhdindən “ölmədim” mesajı

Bir müddət əvvəl mediada görünməyən vəliəhdin öldürüldüyü deyilirdi.

Səudiyyə vəliəhdi Məhəmməd İbin Salmanın ölümü barədə şayiələr yayılmışdı.

Din.az xəbər verir ki, ABŞ və Avropa səfərindən sonra 27 gün ərzində mediada görünməyən vəliəhdin öldürüldüyü deyilirdi. Hadisənin kral sarayı yaxınlığında atəş səsləri eşidilən gün baş verdiyi və dövlət çevrilişinə cəhd zamanı qətlə yetirildiyi iddia edilirdi. Bu xəbərlərdən sonra vəliəhdin ofis müdiri Bədr Əl Asakir “Twitter”də Məhəmməd İbin Salmanın Misir prezidenti Əbdülfəttah Əl Sisi, Bəhreyn əmiri Həmid İbin İsa Əl Xəlifə, Əbu Dabi əmiri Şeyx Məhəmməd İbin Zayid ilə səmimi fotosunu paylaşıb. Bu post vəliəhdin “ölmədim” mesajı kimi dəyərləndirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...