Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Yəmən Mərkəzi Bankına 2 mlrd. dollar köçürüb

Yəməndə maliyyə vəziyyəti yaxşılaşacaq.

Səudiyyə Ərəbistanı Yəmən Mərkəzi Bankına 2 milyard dollar köçürüb.

Din.az-ın verdiyi xəbərə görə, müvafiq saziş Ər-Riyadda Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl Caadan və Yəmən Mərkəzi Bankının sədri Məhəmməd bin Mənsur Zəmmam tərəfindən imzalanıb.

Məhəmməd əl Caadan imzalanma mərasimində çıxışı zamanı qeyd edib ki, saziş Krallığın Yəmən xalqına dəstək göstərilməsi siyasətini əks etdirir. Nazirin fikrincə, saziş Yəməndə maliyyə vəziyyətini yaxşılaşdıracaq və ölkə vətəndaşlarının yaşayış səviyyəsinə müsbət təsir edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...