Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Yəməndə uşaqları öldürdüyünü qəbul etdi

Yəməndə avtobusa edilən hücum nəticəsində uşaqlar həyatlarını itiriblər.

Səudiyyə Ərəbistana məxsus koalisiya qüvvələri Yəmənin Sada vilayətində avtobusa təşkil edilən hücum zamanı xətaların baş verdiyini qəbul edib.

Din.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Yəməndə Ortaq Hadisələri Dəyərləndirmə Komandasının sözçüsü Mansur bin Ahmed əl-Mənsur Ər-Riyadda keçirilən mətbuat konfransında açıqlayıb.

Açıqlamasında Sada vilayətində hərbi hədəf olaraq qəbul edilən avtobusa təşkil edilən hücumda xətalara yol verildiyini deyib:

“Bizə avtobusda Husi liderlərinin olmasıyla bağlı məlumatlar gəldi. Avtobus hərəkətə gələndə dinc əhalidən uzaq bir məsafədə olan zaman “vur” əmri verildi. Ancaq yaxın məsafədə hərbi təyyarə olmadığı üçün hədəf həmin anda vurulmadı. Avtobus dinc sakinlərin olduğu yerdə durduqdan sonra vurulmaması üçün təlimatlar verildi, lakin sözügedən təlimatlar gecikdiyi üçün hədəf vurulmuşdur”.

Bu xətadan dolayı peşman olduqlarını və səhvlərini qəbul etdiklərini deyən Mənsur bu kimi hadisələrin yaşanmaması üçün nişan qaydalarının nəzərdən keçirəcəklərinə davam edəcəklərinə işarə edib.

Qeyd edək ki, avqustun 9-da Yəmənin Sada vilayətinə təşkil etdiyi hücum zamanı uşaqları daşıyan avtobusda 51 nəfər ölmüş, 79 nəfər yaralanmışdı. Ölənlərdən 40-nın, yaralılardan 56-nın uşaq olduğu deyilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...