Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə yenə təəccübləndirdi: Bundan sonra turist qadınlar…

Əcnəbi qadınların nikah şəhadətnaməsi təqdim etməsi şərti artıq aradan qaldırılıb.

Son zamanlar qadınlarla bağlı gözlənilməz islahatlar həyata keçirən Səudiyyə Ərəbistanı bu dəfə turizm qaydalarında inanılmaz dəyişiklik edib.

Din.az Milli.Az-a istinadən bildirir ki, dəyişikliyə görə, əcnəbi qadınlar yanında həyat yoldaşı və ya yaxını olmadan da otellərdə qala biləcək.

Xarici ölkələrdən gələn qadınlar pasportlarını göstərərək otellərdə yerləşə bələcək. Əcnəbi qadınların nikah şəhadətnaməsi təqdim etməsi şərti artıq aradan qaldırılıb.

Qeyd edək ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı hökuməti ilk dəfə olaraq qadınlara Silahlı Qüvvələrdə xidmət etməyə icazə verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...