Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyədə 2-ci anti-korrupsiya əməliyyatı

Korrupsiya və rüşvətxorluğa qarşı böyük əməliyyata start verildi.

Ötən ilin yayında korrupsiya və rüşvətxorluğa qarşı böyük əməliyyata start vermiş Səudiyyə Ərəbistanı bu istiqamətdə növbəti addımı atıb.

Din.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əməliyyatların yekunlaşdığı açıqlansa da, Ali Məhkəmə ölkədəki yüksək vəzifəli şəxslərin dövlət xərcləri barədə şübhəli məqamlarla əlaqədar iclas tələb edib. Bu tələb, əməliyyatın 2-ci mərhələsi kimi qiymətləndirilir.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd İbin Salman tərəfindən start verilən əməliyyat nəticəsində çox sayda şahzadə və vəzifəli şəxs həbs edilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...