Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyədə daha bir sui-qəsd: prezident öldürülüb?

Dövlət başçısının Ər-Riyadda öldürülməsi barədə məlumatların yayılıb.

Qabon Prezidenti Əli Bonqo Ondimbanın Ər-Riyad səfəri əsnasında itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Din.az xəbər verir ki, bu barədə Qabon prezident administrasiyası açıqlamaya yayıb.

“Dövlət başçımız Əli Bonqo Ondimba Ər-Riyadda özəl xəstəxanalardan birində müalicə alır. Onun dincəlməyə ehtiyacı var. Komada olması və ya öldürülməsi barədə deyilənlər tamamilə əsassızdır. Vəziyyət ciddi deyil, sadəcə halsızlıqdan qaynaqlanır. Son aylarda gərgin iş rejimindən dolayı yorğunluq keçirir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Qabon dövlət başçısı Əli Bonqo Ondimba Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla birgə konfransa qatılmaq üçün oktyabrın 24-də Ər-Riyada səfər edib. Həmin gündən bu vaxta qədər Ondimbadan xəbər alınmaması onun Ər-Riyadda öldürülməsi barədə məlumatların yayılmasına səbəb olub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...