Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyədə “Haşoqqi” zəlzələsi: həbslər başlandı – FOTO

Saxta profillər: “Hamımız vəliəhd şahzadə Məhəmməd bin Salmana inanırıq!”

Səudiyyə Ərəbistanı jurnalist Camal Haşoqqinin ölkənin İstanbuldakı baş konsulluğunun binasında ölümünü rəsmən təsdiqləyib.

Din.az bildirir ki, kralın fərmanı ilə Təhlükəsizlik Xidmətinin sədr müavini general Əhməd Assiri işdən qovulub və kral sarayında müşavir statusundan məhrum edilib.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşaviri Səud əl Kəhtani də işdən kənarlaşdırılıb.

Rəsmi Ər-Riyadın açıqlamasına görə, Camal Haşoqqi İstanbuldakı baş konsulluğun binasına daxil olanda gördüyü adamlarla dava salıb və davada aldığı zərbələrdən həlak olub.

Ekspertlər bu açıqlamanı ironiya ilə qarşılayıblar. Konsulluqda, görəsən, kimlər işləyirmişlər ki, binaya daxil olan adamla dalaşıb onu öldürürlər?!

59 yaşlı jurnalistlə dalaşanların adları açıqlanmır.

Səudiyyə Ərəbistanının Baş Prokurorluğundan verilən məlumata görə, olayla bağlı olaraq 18 nəfər saxlanılıb.

Bu arada Twitter-də Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin C.Haşoqqinin ölümü ilə bağlı xəbərlərə “cavab” məqsədilə yaratdığı bot profillərin hamısı qapadılıb.

Həmin saxta profillər “Hamımız vəliəhd şahzadə Məhəmməd bin Salmana inanırıq!” heşteqi ilə məlumatlar yayırdılar. Bot profilləri işlədənlərin məqsədi bu heşteqin trenddə yer alması idi.

Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan “Al Watan” qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan məşhur jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.  / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...