Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyədə kişi müğənniyə tərəf qaçan qadın həbs olundu

Səudiyyədə qadınların konsertlərdə iştirakına ötən aylarda icazə verilib.

Səudiyyə Ərəbistanında səhnədə çıxış edən müğənniyə doğru qaçan qadın həbs edilib.

Din.az xəbər verir ki, Taif şəhərində təşkil edilən musiqi festivalında Məcid Əl Mühəndis adlı müğənni səhnəyə çıxıb. İfa zamanı tamaşaçılar arasından bir qadın ona doğru qaçıb, lakin təhlükəsizlik işçi ona mane olub. Qadın daha sonra həbs edilib. Ona qarşı zorakılıq ittihamının irəli sürüləcəyi ehtimallar arasındadır.

Qeyd edək ki, Səudiyyədə qadınların konsertlərdə iştirakına ötən aylarda icazə verilib. Ölkə “Mülayim İslam” qaydalarını tətbiq etməyə başlayıb. Nəticə etibarilə qadınlara ötən ilin sonlarından bəri bir çox hüquqlar verilib. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...