Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyədə növbəti rüşvət qalmaqalı – Yüksək vəzifəli məmur saxlanıldı

Səudiyyədə bir çox şəxs rüşvətə görə nəzarətə alınıb.

Səudiyyə Ərəbistanında Kral Salman bin Abdülaziz tərəfindən 2017-ci ildə yaradılan Korrupsiya ilə Mübarizə Komissiyası ölkədə bir çox insanı rüşvətə görə nəzarətə almasına baxmayaraq, indi də Müdafiə Nazirliyində eyni hal yaşanıb.

Din.az xəbər verir ki, bu barədə məlumat SPA xəbər agentliyində yer alıb.

Baş prokuror Şeyx Suud əl-Mucəb verdiyi yazılı açıqlamasında Müdafiə Nazirliyində yüksək vəzifəli məmurun ölkədə fəaliyyət göstərən firmalardan biriylə şübhəli münasibətiylə bağlı istintaq nəticəsində nəzarət altına alındığını bildirib.

Aparılan istintaq araşdırmaları nəticəsində sözügedən vəzifəli məmurun prosedurlardan kənara çıxaraq şirkətə maddi məsələlərdə işlərini asanlaşdırdığını, 1 milyon Səudiyyə Ərəbistanı rialı (270 min dollar) rüşvət aldığı açıqlanıb. Şəxsin rüşvət aldığına dair günahı qəbul etdiyi vuröulanan açıqlamada məsələylə bağlı digər bir nəfərin də saxlanıldığı qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...