Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyədə qadınlar ilk dəfə bu vəzifəyə gətirildi

Uçuşların idarə edilməsi mərkəzində qadın işçilər təyin edilib.

Səudiyyə Ərəbistanında bir qrup qadın ilk dəfə uçuşların idarə edilməsi mərkəzində aviadispetçer vəzifəsinə təyin olunub.

Din.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı qadınlarının ilk dəfə uçuşların idarə edilməsi sahəsində fəaliyyət göstərmələri çox sevindirici haldır.

“Biz əminik ki, onlar bu vəzifənin öhdəsindən gələcəklər”, – deyə məlumatda bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...