Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyədə qidanı israf edənlər cəzalanacaq

Orta statistik səudiyyəli hər il 250 kq ərzaq məhsulu atır.

Səudiyyə Ərəbistanının Məşvərət Şurası qida israfçılığına görə cərimə nəzərdə tutan qanun layihəsinə baxır.

Din.az xəbər verir ki, əsas narahatlıq Krallığın artıq neçə ildir ki qida tullantılarının adambaşına düşən həcminə görə lider ölkə olması ilə bağlıdır.

Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, orta statistik səudiyyəli hər il 250 kq ərzaq məhsulu atır. Halbuki dünya üzrə bu göstərici 115 kq-dır.

Qida məhsullarına belə münasibət dövlət büdcəsinə ildə 13 milyard dollara (istehsal olunan ərzaq məhsullarının 40 faizi) başa gəlir.

Qanun layihəsinin müəllifləri təklif edirlər ki, restoran müştəriləri yeyilməyən qidaya görə (çəkisi 1 kq-ı keçdiyi təqdirdə) hesabın 5-20 faizi həcmində əlavə ödəniş etməlidirlər. Əgər müştərilər yeməyi özləri ilə apararlarsa, cərimədən azaddırlar. Ümumilikdə bu, Krallıqda toy və iftar mərasimlərinin, restoran və hotellərdə “İsveç stolları”nın təşkilatçılarına aiddir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...