Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyədən şok addım: İsrailə qarşı qoyduğu qadağanı ləğv etdi

Müsəlmanlara qarşı düşmənçilik etməyə başlayan krallıq …

Son zamanlar İslam düşmənləri ilə arasını düzəldib müsəlmanlara qarşı düşmənçilik etməyə başlayan krallıq yeni qərarı ilə gündəmə gəlib.

Din.az xəbər verir ki, səudiyyəlilərin yeni qərarını İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb. Açıqlamaya görə, səudiyyəlilər Hindistan üzərindən İsrailə gedən İsrail təyyarələrinə hava sahələrini açıb.

Netanyahu ABŞ-a səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında Səudiyyə Ərəbistanın İsrailə məxsus hava yolu şirkəti “El-Al” xaricində Hindistan-İsrail xəttində səfər təşkil edən şirkətlərə hava sahəsindən istifadə etməyə icazə verdiyini bildirib.

Xəbərə görə, Netanyahu açıqlamasında Səudiyyə Ərəbistanın göstərdiyi rahatlığa işarə edərək “Hindistan Hava Yolları qarşıdakı həftələrdə Yeni Dehli ilə Təl-Əviv arasında səfərlərə başladığı zaman Hindistanın paytaxtına səyahət etməklə Londona səyahət etmək arasındakı müddət eyni olacaq” deyib.

Qeyd edək ki, İsrail mediası ötən ay Səudiyyə Ərəbistanının Yeni Dehlidən İsrailə səfər edən hava yolu şirkətlərinə hava sahəsindən istifadəyə izin verdiyini açıqlamışdı. Ancaq Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi isə həmin vaxt verdiyi açıqlama ilə heç bir İsrail təyyarəsinin onun hava sahəsindən keçməsinə izin vermədiklərini qeyd etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...