Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyədən Trampa sərt cavab: Heç nə ödəməyəcəyik!

“Biz öz təhlükəsizliyimiz qarşılığında heç nə ödəməyəcəyik”.

Səudiyyə Ərəbistanı ABŞ-a öz təhlükəsizliyi qarşılığında heç bir şey ödəməyəcək.

Din.az xəbər verir ki, bunu “Blomberq” agentliyinə müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Əl Səud deyib.

“Biz öz təhlükəsizliyimiz qarşılığında heç nə ödəməyəcəyik. Biz hesab edirik ki, ABŞ-dan aldığımız bütün silahlar üçün ödənişi etmişik. Bunlar bizə pulsuz verilməyib. Münasibətlərimizin qurulduğu gündən bu yana biz hər şeyi pulla alırıq. İki il bundan öncə Ər-Riyadın strategiyası başqa ölkələrdən silah alışına hesablanmışdı, amma Trampın hakimiyyətə gəlməsindən sonra biz qərara aldıq ki, daha 10 il ordunu Amerika silahları ilə təchiz edək. Yəni 60% silahı ABŞ-dan alaq, 40% silahı isə krallıqda ABŞ texnologiyaları ilə istehsal edək. Buna 400 milyard dollar xərcləməyi planlaşdırırıq” – deyə o bildirib.

O həmçinin Trampın “ABŞ-ın dəstəyi olmadan kral Salman hakimiyyətdə iki həftə qala bilməz” fikri ilə razılaşmadığını söyləyib:

“Səudiyyə Ərəbistanı ABŞ-dan öncə də mövcud olub. Biz 1744-cü ildən mövcuduq. Məncə bu, ABŞ tarixindən 30 yaş daha çoxdur. Bizə hansısa təhdidin olmasına inanmıram”.

Qeyd edək ki, Tramp Səudiyyə Ərəbistanının ona ödəniş etməli olduğu, Səudiyyə kralının məhz ABŞ sayəsində hakimiyyətdə qaldığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...