Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Səudiyyəli din alimi Afrikada qətlə yetirildi

Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib.

Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib.

Din.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Tuveycirinin Qvineyaya “Ət Tövhid” kitabını şərh etmək və məscid tikintisi üçün getdiyi bildirilib.

O, Kantipalanduq şəhərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, hələlik nə Səudiyyə Ərəbistanı, nə də Qvineya Tuveycirinin ölümü ilə bağlı rəsmi informasiya yayıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...