Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

SƏUDİYYƏLİ İLAHİYYATÇIDAN FİTVA: KİLSƏ VƏ SİNAQOQLARDA DA NAMAZ QILMAQ OLAR

“İslam sülh dinidir, zorakılıq yox”.

Din.az bildirir ki, Rusiya mediasına yayılan xəbərə əsasən, Səudiyyə Ərəbistanının Ali Ruhanilər Şurasının üzvü Abdulla bin Süleyman əl-Maneə fitva verib. Həmin fitvaya əsasən, digər monoteistik dinlərin məbədləri daxilində namaz qılmağa icazə verilir.

O bildirib ki, İslam sülh dinidir, zorakılıq yox. Buna misal olaraq o, Muhəmməd peyğəmbərin (s) xristianlarla olan görüşünü göstərib.

Qeyd etmək lazımdır ki, əl-Maneə bir neçə il öncə, bilik və dünya görüşünün genişləndirilməsi məqsədi ilə kilsələrə girməyin icazəli olması haqda da fitva vermişdi. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...