Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyəli jurnalist Kaşıkçının bədəninin turşu ilə məhv edildiyi təsdiqləndi

Cəsəd Səudiyyə Ərəbistanının baş konsulluğunda məhv edilib.

Türkiyə hökuməti əmindir ki, səudiyyəli jurnalist Camal Kaşıkçının qatilləri onun bədənini turşu ilə məhv edib.

Din.az xəbər verir ki, bununla bağlı “The Washington Post” nəşri məlumat yayıb.

“Kaşıkçının cəsədini dəfn etməyə ehtiyac yoxdur”, – nəşrin Türkiyədən olan mənbəsi bildirib.

Məlumatlara görə, cəsəd Səudiyyə Ərəbistanının baş konsulluğunda və ya qonşuluqda yerləşən baş konsulun iqamətgahında məhv edilib.

Xatırladaq ki, Türkiyənin baş prokuroru İrfan Fidan bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Kaşıkçı boğularaq öldürülüb. İlkin ehtimallara görə, o, konsulluq binasına girən kimi qatillər tərəfindən boğulub.  Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...