Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyəli jurnalistin qətlinə dair ilk məhkəmə iclası keçiriləcək

Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq davam edir.

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.

Din.az xəbər verir ki, ilk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur.

Həmçinin Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmələri barədə sorğu göndərdikləri, lakin cavab ala bilmədikləri də qeyd olunur.

Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq hərəkətlərinin davam etdiyi də diqqətə çatdırılıb.  / Report.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...