Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyəli jurnalistin qətlinin sübutu – VİDEO

Audio yazıya əsasən jurnalistin ölümünə görə Ər-Riyadın məsuliyyət daşıyır.

Türkiyə ABŞ hökumətinə müxalif səudiyyəli jurnalist Camal Khaşoqinin Səudiyyə Ərəbistanının konsulluğunda qətlə yetirildiyini sübut edən materiallar təqdim edib.

Din.az Milli.Az-a istinadən bildirir ki, bu barədə The Washington Post məlumat yayıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, audio yazı jurnalistin ölümünə görə Ər-Riyadın məsuliyyət daşıdığını sübut edir.

Türkiyə xüsusi xidmət orqanlarının materialları təsdiq edir ki, jurnalist oktyabrın 2-də konsulluqda saxlanılıb, sonra isə öldürülüb və bədəni ayrı-ayrı hissələrə bölünüb.

https://daytube.az/az/videos/74199/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...