Səudiyyəli qadından şikayət: Bizi kölə edirlər, sonra da…

Hələ də qadınlar kişilər olmadan səyahət edə bilmirlər.
Ölkədə qadınlar kişilər tərəfindən kölələşdirilir və bu da qanunla qorunur.
Din.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanından olan müəllim Fatimə əl-İsa deyib.
Fatimə qeyd edir ki, bir müddət öncə ölkədə qadınlara velosiped və avtomobil sürməyə icazə verilsə də, hələ də qadınlar kişilər olmadan səyahət edə bilməzlər. Bundan əlavə, qadınlar öz istəkləri ilə boşana bilməzlər, hətta boşandıqdan sonra uşaqlarını saxlaya bilməzlər. Qadınlar cəzaları bitəndən sonra da ərləri və ya ailədə olan kişilərin icazəsi olmadan həbsdən çıxa bilməzlər. / Axar.az