Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyəli qadınlar hicabla marafonda qaçdı – FOTO

“Mülayim İslam” layihəsi həyata keçirilir.

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların iştirak etdiyi marafon keçirilib.

Din.az xəbər verir ki, qadınların marafonda iştirakına ancaq hicabla gəldikləri halda icazə verilib.

“Mülayim İslam” layihəsi çərçivəsində gündən günə inkişafa doğru gedən Səudiyyə Ərəbistanında qadınlar üçün ilklər yaşanmaqda davam edir. Belə ki, axırıncı dəfə ölkə qadınlarının keçirilən marafonda iştirak etmələrinə icazə verilib. Lakin marafonda iştirak edənlər üçün başlıca şərt onların hicab bağlamaları olub.

“El-Ahsa danışır” şüarı ilə keçirilən və müxtəlif kateqoriyalarda çoxlu sayda yarışmacının iştirak etdiyi marafonda qadın, kişi, peşəkar, həvəskar, gənc, yaşlı, yerli və əcnəbi olmaqla hər kəs iştirak edib.

3 km-lik məsafəni dəf etməkdə 1500 qadınları geridə qoyan Muzne En-Nassar birinci olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...