Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyəli qadınlara daha bir azadlıq: Kişilərdən icazəsiz xaricə gedəcəklər

Kişi qəyyumlarının icazəsi olmadan ölkə xaricinə çıxmağa icazə verən qanun layihəsi hazırlanır.

Səudiyyə Ərəbistanı rəhbərliyi qadınlara onların kişi qəyyumlarının icazəsi olmadan ölkə xaricinə çıxmağa icazə verən qanun layihəsini hazırlamağı planlaşdırır.

Din.az bildirir ki, bu barədə “The Wall Street Journal” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sözügedən qanun layihəsi artıq bu il qəbul edilə bilər. Belə sənədin hazırlanmasının səbəbi isə qanunların həddindən artıq sərt olması və məhdudiyyətlərə görə bir neçə gənc qadının ölkədən qaçması ilə bağlı yayılmış səs-küylü xəbərlər olub.

Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanında bütün qadınlar, həmçinin 21 yaşadək kişilər ölkə xaricinə çıxa bilmələri üçün qəyyumlarından icazə almalıdırlar. Həmin icazə işə düzəlmək, tibbi yardım almaq və ya ev kirayələmək üçün də tələb olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...