Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyəli şahzadə Salman İsraili dövlət olaraq tanıyacaq

“Öz ölkələrinə sahib olmaq israillilərin və fələstinlilərin haqqıdır”.

Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Salman ABŞ-a səfəri zamanı verdiyi açıqlamalar və ziyarətləri ilə gündəmdən düşməyib. Vəliəhd bu dəfə İsrailə sevgi nümayiş etdirib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, vəliəhd şahzadə Salmanın ABŞ-a səfəri həm Səudiyyə Ərəbistanında, həm də beynəlxalq arenada olduqca səs-küy yaradıb. Atdığı hər addımı olay olan şahzadə bu dəfə dövlət olaraq tanımadıqları İsrail haqqında verdiyi açıqlamalarla gündəm olub.

Belə ki, Səudiyyə Ərəbistanı şahzadəsi vəliəhd Muhamməd bin Salman Amerikanın “the Atlantic” mediasına verdiyi açıqlamasında israillilərin öz ölkələrində yaşama haqqı olduğunu deyib.

“İsraillilərin atalarından qalma yurdlarında bir millətin dövlətinin damı altında yaşama hüququnun olduğuna inanırsınız?” sualına müzakirə ediləcək bir açıqlama verib:

“Öz ölkələrinə sahib olmaq israillilərin və fələstinlilərin haqqıdır. Lakin hər kəs üçün sabitlik yaratmaq və normal münasibətlər əldə etmək üçün sülh anlaşmasına sahib olmamız lazımdır” deyən Salman İsrailə sevgi nümayiş etdirib.

Daha sonra şahzadə “İsrail ilə bir çox ortaq çıxarlarımız var. Əgər sülh əldə olunarsa, İsrail və Körfəz İşbirliyi Təşkilatı arasında bir çox imtiyazlar müzakirə mövzusu olacaq” ifadələrini işlədib.

Beləliklə Səudiyyə Ərəbistanın rəsmi şəkildə dövlət olaraq tanımadığı İsrail üçün Salmanın verdiyi bu açıqlama cəmiyyət arasında böyük səs-küy yaradıb.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələr 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərinə söykənir. Qarşılıqlı olaraq rəsmi açıqlamalarla bir-birilərini tərifləyən iki ölkə həm hərbi, həm də siyasi tərəfdən yaxınlaşma ərəfəsindədirlər. Hətta iki ölkə hərbi təlimlərin keçirilməsini belə planlaşdırmışdı.

Qeyd edək ki, ötən ay ilk dəfə Səudiyyə Ərəbistanı İsrailə uçan təyyarəyə hava sahəsini açıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...