Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyəli şahzadənin bir çamadan zinət əşyası oteldə oğurlandı

Səudiyyəli şahzadənin əşyaları oğurlanıb.

Bir həftəyə yaxındır Mikonosda istirahət edən və adı gizli saxlanılan səudiyyəli şahzadənin əşyaları qaldığı oteldə oğurlanıb.

Din.az türk mediasına istinadən xəbər verir ki, şahzadənin qaldığı otelə girən oğrular 1 milyon 200 min dollarlıq zinət əşyalarını alaraq qaçıblar.

Məlumata görə, şahzadə adanın Kalafatis bölgəsindəki lüks bir villada qalıb və 15 nəfərlik mühafizəçi tərəfindən qorunub. Şəxsi təyyarəsi ilə Parisə getməyə hazırlaşan şahzadə son anda oğruluq hadisəsiylə üz-üzə qalıb.

Belə ki şahzadənin oğurlanan çamadanının içərisində 60 saat, qızıl qolbaq və almaz üzüyü olub. Hətta şahzadəni mühafizə edənlərdən birisinin də oğurluqda əli olduğu iddia edilir.

Xəbərdə qeyd edilir ki, son 3 ildir oğurluq hadisələrinin yaşandığı adada təhlükəsizlik tədbirləri görülsə də heç bir fayda vermir. Təhlükəsizlik xidmətinin əməkdaşları isə “bu məsələlərlə bağlı çox ciddi tədbirlər görürük, amma təəssüflər olsun ki, oğurluğun qarşısını ala bilmirik. Təəssüf edirik” açıqlamasını verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...