Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyəlilər səhralarda suyu qorumağa çalışırlar

Sahibkarlar hər bir damlanın qorunması üçün yeni həll yolları axtarırlar.

2016-cı ildən Səudiyyə Ərəbistanı Kral Feysal Universitetinin tədqiqatçıları ölkənin yeraltı su ehtiyyatlarının tükənməsi üzrə olduğu barədə narahatlıqlarını bildirməyə başlayıb. Vəziyyət hələ də pisdir, lakin bəzi sahibkarlar hər bir damlanın qorunması üçün yeni həll yolları axtarırlar.

Bu gözəl qapalı mühit divarları xaricində olan Səudiyyə Ərəbistanı səhrasından kəskin fərqlənir.

Lakin məhdud su ehtiyatları olan və qlobal istiləşmə baş verən dünyada qapalı ərazilərdə hidroponik əkinçilik gələcəyin işi ola bilər.

“Hidroponik əkinçiliyi digərlərindən üstün edən, suvarma sularının 90%-inin, gübrələrin isə 80%-inin qorunmasıdır. Məhsulu daha tez yığmaq olur və pestisidlərdən istifadəni azaldır. Biz həmçinin işçilərin sayını da azalda bilərik, çünki bu bir növ ağıllı əkinçilikdir və əlavə işçilərə ehtiyac yoxdur”, Mahdi Əl-Sanabeer.
Dövlət işçisi Mahdi Əl-Sanabeer Səudiyyə fermaçılığını dəyişmək niyyətindədir.

“İlk öncə mən damımda qapalı ev düzəltdim. Mən təcrübələr etdim- xiyar, pomidor, kahı və brokkoli kimi müxtəlif növ tərəvəzlər yetişdirdim. Bu məni fermer təsərrüfatlarının sahiblərinə kömək etmək üçün inkişaf işlərini başlamağa ruhlandırdı.”, Mahdi Əl-Sanabeer.

İndi o, fermerlərə Səudiyyə Ərəbistanının Şərqi vilayətində olduqca uğurlu yeddi hidropon ferma açmağa kömək edib.

“Əkdiyimiz məhsullardan biri Avropa kahısıdır. Onun yetişdirilməsi üçün xüsusi şərait lazımdır. Biz temperatur, rütubət, su daxil olmaqla bütün lazımi şərtləri təmin edirik. Və bu əla nəticələr göstərir, məhsul çoxdur, və pestisidsizdi.”, Əhməd Abdrabanabi.

Yığılan məhsul yaşıl, pestisidsiz və orqanikdir.

“İçində kimyəvi maddələr olmayan məhsul almaq üçün bura gəldim, çünki bu məhsulları pestisidlərdən qorxmadan yeyə bilirəm. onlar su ilə yetişdirilir və 100% təmiz olur, yəni istəsəniz məhsulları yumadan, elə yerdən yeyə bilərsiniz.”, Əli Əl-Salih.

Səudiyyə Ərəbistanı hökuməti neft gəlirlərinə daha az asılı olmaq və ölkədəki su qıtlığını aradan qaldırmaq təşəbbüsü çərçivəsində 2017-ci ildə əkinçilik və su araşdırmalarına təxminən 24 milyard dollar sərmayə qoyub. / Milli.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...