"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Səudiyyəlilərdən Klintona maliyyə dəstəyi

Share Button

Seçki kampaniyasını Səudiyyə Ərəbistanı maliyyələşdirir?

ABŞ-da prezident seçkiləri qabağı müzakirələr davam edərkən Səudiyyə Ərəbistanının ABŞ-ın Demokrat partiyasının rəhbər namizədi Hillari Klintona maliyyə dəstəyi verdiyi ortaya çıxıb.

“Səudiyyə Ərəbistanı Hilları Klintona maliyyə dəstəyinin 20 faizini təmin edir”. Bu sözlərin Səudiyyə Ərəbistanının ikinci vəliəhdi Şahzadə Salmana aid olduğu iddia edilir.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İordaniyada çəkiliş aparan bir xəbər agenti Şahzadə Salmanın Klintona maliyyə dəstəyi verdiyinə dair bir xəbər yayımlayıb. Qısa müddətdən sonra aradan qaldırılan xəbərin ekran görüntüləri hazırda ABŞ və ərəb mediasında müzakirələrə səbəb olub.

“Middle East Eye” agentliyinin müxbiri Rori Donaghy xəbəri yayımladıqdan sonra ABŞ-ın “Podesta Grupu”nun ictimaiyyətlə əlaqələr firmasının sözçüsünün mövzu ilə bağlı onlarla əlaqə saxladığını və mövzu ilə bağlı düzəliş etmələrini istədiklərini bildirib.

Digər tərəfdən Hillari Klintonun Aparıcı Qlobal Əlaqə Mütəxəssisi Will Bohlenin də “Middle East Eye”a xəbərin yalan olduğu ilə bağlı bir link göndərdiyi irəli sürülüb.

Ötən illərdə də Klinton ailəsinə çoxlu sayda Səudiyyə Ərəbistanından dəstəklər gəldiyi bildirilir. Bu dəstəklərdən ən diqqət çəkəni 2008-ci ildə  Klinton Vəqfinə edilən 10 və 25 milyon dollarlıq Səudiyyə Ərəbistanının dəstəyidir.

Bəzi mənbələrdə xəbərin vəliəhd Şahzadə Salmanın ziyarətindən əvvəl İordaniyadakı xəbər agentliyinə sızdırıldığı iddia edilır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir