Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyəliləri tənqid edən jurnalisti yaraqlılar qətlə yetirib

Camal Kxaşoqinin qətli əvvəlcədən planlaşdırılıb.

“The Washington Post” qəzeti məlumat verib ki, Səudiyyə Ərəbistanının kral ailəsini tənqid edən səudiyyəli əməkdaşı Camal Kxaşoqinin qətli əvvəlcədən planlaşdırılıb.

Din.az xəbər verir ki, daha öncə Kxaşoqinin İstanbulda Səudiyyə Ərəbistanı konsulluğuna baş çəkdikdən sonra yoxa çıxdığı bildirilmişdi. Sonradan onun öldürüldüyü müəyyənləşdi.

Qəzetinin Türkiyədəki mənbələrinə istinadla verdiyi məlumata əsasən, Türkiyə polisi jurnalistin qətlinin təsadüf olmadığı qənaətindədir. Həmçinin polis əməkdaşları hesab edirlər ki, qətl Səudiyyə Ərəbistanından olan 15 nəfərin iştirakı ilə baş tutub.(oxu.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...