Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyənin 7 klanı gizli toplandı: Şahzadə devrilir

Səudiyyə Ərəbistanının ağır günləri …

Jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı Ər-Riyada təzyiqlərin güclənməsi kral ailəsini vəliəhd Məhəmməd bin Salmanın xələfini axtarmağa məcbur edib.

Din.az xəbər verir ki, “Le Fiqaro” qəzeti 7 əsas klanı birləşdirən Müdriklər Şurasının artıq bir neçə gündür gizli iclas keçirdiyini yazıb.

“Ekspertlərin fikrincə, bu şura vəliəhd üçün müavin təyin edə bilər. Bu vəzifə 2017-ci ildə Məhəmməd bin Salman vəliəhd təyin olunanda ləğv edilib. Vəliəhdin müavini vəzifəsinə 30 yaşlı Xalid bin Salman təyin edilə bilər. O, vəliəhdin kiçik qardaşıdır və keçən həftə ABŞ-daki səfir vəzifəsindən uzaqlaşaraq geriyə qayıdıb.

Əgər Xalid bin Salman müavin təyin edilsə, bu, Məhəmməd bin Salmanın vəliəhd vəzifəsindən getməsinin yaxın olduğunu göstərəcək. Lakin bu proses dərhal baş verməyəcək”, – məqalədə bildirilib.  / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...