Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyənin ABŞ-dan aldığı raket Ər-Riyada düşdü – Ölən var

ABŞ raketi Ər-Riyadda əhalinin yaşadığı bölgəyə düşdü.

Səudiyyə Ərəbistanda Yəmən raketlərini vurmaq üçün Patriot PAC-2 SAM hava hücumundan müdafiə sistemindən atılan ABŞ istehsalı MIM-104C raketinin paytaxt Ər-Riyadda əhalinin yaşadığı bölgəyə düşdüyü qeyd olunub.

Din.az “The Aviationist”ə istinadən xəbər verir ki, Yəməndən atılan balistik raketlər uğurla zərərsizləşdirilib. Ancaq iki Patriot raketində qəza baş verib. Biri havada partlayarkən, digəri əhalinin olduğu bölgəyə düşməklə. Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı Ərəb koalisiyasından bildirilib ki, əhalinin yaşadığı bölgəyə düşənin Amerika raketi deyil, Yəmən raketinin hissələri olub. Bu şəkildə ABŞ raketi Ərəb koalisiyası tərəfindən müdafiə edilib. Baş vermiş qəza nəticəsində 1 adam həyatını itirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...